“Barselona”nın hücumçusu Lionel Messi 2014-cü ilin yekunları üzrə İspaniyada ən yaxşı qol ötürməsi verən futbolçu seçilib.
Korner.az-ın məlumatına görə, il ərzində forvard 15 məhsuldar ötürmə edib. İkinci yeri 14 ötürmə ilə “Real”ın eks oyunçusu Anxel di Mariya, tutub. “Real”ın hücum lideri Kriştianu Ronaldu və Ateltiko”nun yarımmüdafiəçisi Koke 13 qol ötürməsi ilə 3-cü yeri paylaşıblar.