Premyer Liqanın bərpa tarixi açıqlandı
13.05.2020 , 17:19
Portuqaliya Peşəkar Futbol Liqası ölkə çempionatının bərpa vaxtını açıqlayıb.
Korner.az xəbər verir ki, koronavirusa görə dayandırılan Premyer Liqa iyunun 4-də davam etdiriləcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 60 xalla “Portu” başçılıq edir. “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.