Premyer Liqamızla bağlı videokonfrans – Bu gün
07.12.2020 , 12:18

Bu gün AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas saat 15:00-da başlayacaq.
Videokonfrans koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının 12-ci turunun oyunlarının təxirə salınması nəzərə alınaraq AFFA-nın təşəbbüsü ilə keçiriləcək.
