Premyer Liqada 3-cü tura yekun vuruldu
20.08.2023 , 22:00

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Son çempion “Qarabağ” azarkeşləri önündə “Araz-Naxçıvan”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Digər matçda “Sabah” “Neftçi”nin müqavimətini qırmağa çalışıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Azərbaycan Premyer Liqası
III tur
20 avqust
18:00 Qarabağ – Araz-Naxçıvan – 2:1
Baş hakim: Nicat İsmayıllı
20:00 Sabah – Neftçi – 1:1
Baş hakim: Əliyar Ağayev
