Premyer Liqada 29-cu tur başlayır
05.04.2024 , 11:47

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Araz-Naxçıvan” öz meydanında “Kəpəz”lə üz-üzə gələcək. Oyun saat 20:00-da başlayacaq. Komandalar hazırda turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. “Araz-Naxçıvan” 32 xalla 8-ci, “Kəpəz” isə 27 xalla 9-cu pillədədir.
Turun digər oyunları aprelin 6-da və 7-də keçiriləcək.
5 aprel (cümə)
Misli Premyer Liqası, 29-cu tur
20:00. “Araz-Naxçıvan” – “Kəpəz”
“Liv Bona Dea Arena”
6 aprel (şənbə)
16:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu
20:00. “Qarabağ” – “Səbail”
Tofiq Bəhramov adına Respublika Stadionu
7 aprel (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
20:00. “Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”
