Premyer Liqa klubundan yeni transfer
15.10.2020 , 20:50

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yayda “Liverpul”dan ayrılan müdafiəçi Nataniel Klaynı transfer edib.
29 yaşlı ingilis futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Müdafiəçi bu komandada “17” nömrəli formanı geyinəcək.
