Premyer Liqa klubundan yeni transfer
07.08.2023 , 12:49

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Flamenqo”dan Mateus Françanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
