Premyer Liqa klubunda yeni müqavilə
04.12.2020 , 16:58
“Sauthempton”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub müdafiəçisi Yan Bednareklə müqavilənin müddətini uzadıb. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı polşalı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Bednarek 2017-ci ildən “Sauthempton”da çıxış edir.