Premyer Liqa klubunda koronavirusa yoluxma halı
25.12.2021 , 10:49
İngiltərənin “Lids Yunayted” klubunun 5 üzvü koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların adları açıqlanmayıb.
Yoluxma hallarının artması səbəbindən komandanın “Liverpul”la səfər matçı təxirə salınıb.