Portuqaliya millisinin futbolçusu koronavirusa yoluxdu
10.10.2020 , 19:09

Lion “Olimpik”inin və Portuqaliya millisinin futbolçusu Antoni Lopes koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, qapıçının koronavirus testinin nəticəsi pozitiv olub.
Onun millidən kənarlaşdırıldığı bildirilir. Yığmanın digər üzvlərində isə virus aşkarlanmayıb.
