Poqba: “Onlar pul üçün televizorda danışırlar
30.04.2019 , 10:34

“Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba son zamanlar ona qarşı yönələn tənqidlərə cavab verib.
Fransalı yarımmüdafiəçi onun ünvanına tənqidi fikirlər səsləndirənlər ilə öz futbolunu müqayisə edib.
“Tənqidlərlə bağlı hər hansı problemim yoxdur. Onlar sadəcə televizorda oturub tənqid etmək üçün pul alırlar. Həmin şəxslər tənqidə görə, mən isə meydanda oynadığım futbol üçün pul alıram. Bundan başqa mən komandam üçün mübarizə aparıram.”
Qeyd edək ki, Pol Poqbanın yayda Madridin “Real” klubuna keçəcəyi gözlənilir.
