“Barselona”nın forvardı Pedro mövsüm sonunda şərəfini qoruduğu klubundan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, İspaniya mətbuatına açıqlamasında futbolçu belə addımın məntiqli olduğunu bildirib.
“Əlbəttə, özünü uzun müddət tapa bilməyəndə, bu cür ayrılıqlar ola bilər. Hər futbolçu üçün keçərli prosesdən danışırıq. Əgər vacib oyunlarda forma geyinə bilmirsənsə, işlər bir qədər də çətinləşir”.
