Paşayevin oynadığı çempionat da dayandırıldı
18.03.2020 , 17:19

Daha bir futbol çempionatı dayandırılıb.
Korner.az xəbər verir ki, Ukrayna Futbol Federasiyası ölkədə yayılan koronavirus epidemiyası ilə əlaqədar bütün futbol yarışlarının dayandırıldığını açıqlayıb.
Hələlik, yarışların nə vaxt bərpa olunacağı bilinmir.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mübarizə aparan “Aleksandriya”da Azərbaycan yığmasının üzvü Pavel Paşayev çıxış edir.
