"Bəli, biz “Neftçi”dən güclüyük!"
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Partizan” klubunun futbolçusu Miloş Yojiç bu günkü oyunla bağlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi "Neftçi"nin müdafiəsinin güclü olmadığını bildirib:
“Bu gün Neftçi” doğma azarkeşləri önündə irəli atılacaq. Bu da bizim qarşımızda sürətli hücum üçün boşluq yaranmasına kömək edəcək. “Neftçi”nin müdafiəsi o qədər güclü deyil. Hələ qol vurmadığımız ilk oyunda onların arxa xəttini xeyli yarmağa nail olmuşduq. Bu dəfə isə işimiz daha asan olacaq. Lakin mən onların Bakıda “İnter”ə 1:3 hesabı ilə uduzduğu matçı izləmişəm. Bizim də italiyalılara məğlub olduğumuz matçı bununla müqayisə etmişəm. Buna əsasən qələbə qazanacağımıza inanıram. Bəli, biz “Neftçi”dən güclüyük! Buna görə də qalib gəlməyə borcluyuq”.
