Albaniya Futbol Federasiyası “Teuta Durres” klubunun qapıçısı Alfred Osmanini komandasını qəsdən uduzdurduğuna görə cəzalandırıb.
Korner.az-ın məlumatına görə, Osmaninin 3 oyunda qəsdən top buraxmaqla komandasını uduzdurduğu bildirilir.
Federasiyanın qərarına əsasən, qolkiper 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.