big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ölümündən öncə cavablandırılan suallar (YAZI)

14.02.2014 , 05:45

“Elə bilirsən bu halımdan özümün xoşu gəlir” – görüşəndə salamdan öncə bu sözlərlə başladı. Bilirdi ki, ona “niyə belə oldu” sualını verəcəm. Odur ki, hər şeyi özü danışmağa başladı və bir şərt kəsdi: “Çalış çox dərinə getmə. Onsuz da xoşlamadığım suala cavab verməyəcəm”. Razılaşdım, razılaşmaq məcburiyyətində idim. Çünki Naxçıvanda olduğum 6 ay müddətində onu daim axtarmışam. Gördüyüm vaxtda isə danışmaq imkanı olmayıb?! Ölümündən sonra onun haqda yazmaq asan olmadığı kimi, onun fikirlərinə də hörmətlə yanaşmaq bir o qədər çətindir. Çünki jarqonlarla danışmaq Elxan Babayevə heç yaraşmırdı. 
Elxan Babayev sıravi bir futbol azarkeşi kimi hər zaman sevdiyim biri olub. Burda məsələ mənim naxçıvanlı olmağımda deyil, sadəcə jurnalist kimi fəaliyyət göstərdiyim dövrdə bütün veteranlar Naxçıvan deyən kimi Elxanın vəziyyətini soruşurdular. Onlar da onun hansı durumda olduğundan xəbərdar idilər, lakin etiraf edək ki, soruşmaqla yanaşı ona yardımcı olmağı belə ağıllarının uclarından keçirməyiblər. Naxçıvan ilk SSRİ idman ustası, SSRİ çempionu, “Araz”, “Kəpəz” və “Neftçi” kimi komandalarının qapısını qorumuş biri üçün belə münasibət təbii ki, təqdirəlayiq hal deyil. Öz dövrünün yeganə qapıçısı idi ki, topu əli ilə 80 metr atmağı bacarırdı. Elə söhbətimizə ona qarşı münasibətdən başladıq: “İndi bizim kimi futbol oynamış insanlara hörmət etmirlər, heç tanımırılar da. Yolda görəndə yalnız bizim yaşda olan insanlar hal-əhval tuturlar. Bizlər ölüb gedəcəyik, ancaq adımız hər zaman Naxçıvan futbolu üçün ölməz qalacaq. Çünki yerli uşaqlar “Araz” üçün çox şey edib. Bura canımızı qoymuşuq, oyunlar olub, döyülmüşük, söyülmüşük, lakin komanda naminə hər şey etmişik. Münasibət özüm yaratmaq istəmirəm, boş-boş suallar verirlər. Guya bu halımdan özümün xoşu gəlir?”.

“Araz”dan söz düşmüşkən, Elxan Babayevin oynadığı dövrdə komandada Böyükağa Hacıyev də top qovub. Və deyilənə görə komandanın iki “avtoriteti”, söz sahibi olub ki, bunların da “Zəif”lə Elxan olduğu deyilir. Babayev sözümü yarımçıq kəsərək jarqonlardan istifadə edir: “Mən olan yerdə heç kim heç nə deyə bilməzdi (gülür). O zaman komandada oynayan futbolçulardan da soruşun: “Zəif”, yoxsa Elxan? Hamısı Elxan deyəcək. Çünki Elxan özünün yox, digərlərinin haqqını tələb edirdi. Bir dəfə səfər oyunlarının birində naxçıvanlı uşaqlar baş məşqçinin yanına girdi. O hamımıza dedi ki, içinizdən biri sizin haqda heç də yaxşı sözlər demir. Hamı bir-birinin üzünə baxdı, həmin adamın kim olduğunu bildik, amma üzünə vurmadıq. Çünki biz naxçıvanlıyıq, ətimizi yesək də, sümüyümüzü kiminsə qabağına atmarıq. 3-4 gün öncə Cıbılını (Canpolad Həsənov – C.M.) gördüm uzaqdan, deyəsən o da məni gördü. Amma görməməzliyə vurdu. Çünki mənim bu halım onların da xoşuna gəlmir. Mən həmin Elxan olmuşam ki, hamısına köməklik etmişəm. “Zəif”ə gəlincə, o elə mənim yanımda “zəif” olub da, nə deyim onun haqda? Bir dəfə yeni toyu olmuşdu. Toyun səhəri günü isə biz səfərə çıxacaqdıq. Bu hadisənin arxasını Böyükağanın özündən soruşun, o danışacaq. Danışmasa, gələrsiz, mən danışaram”.

Elxan Babayev Naxçıvan futbolu tarixində yetişən ən böyük qapıçıdır. Bu danılmaz faktdır. Bəs onun özü yeni formalaşan “Araz-Naxçıvan” barədə nə düşünürdü: “Komandanın oyunlarına baxmamışam, baxmaq da fikrim yoxdur. Çünki məni o zaman futboldan iyrəndiriblər. Ona görə bu suala cavab verməsəm daha yaxşı olar.”

“Bizlər adımızı üçün oynamışıq bu komandada, Naxçıvan naminə oynamışıq. Səfər oyunlarında bizləri söyürdülər, döyürdülər, heç nə demirdik, lakin Naxçıvan barədə nəsə deyəndə dalaşırdıq. Niyə? Çüki bu torpaq üçün hamımız bir olmalıyıq. O zamanlar komandada elələri var idi ki, yalnız pula görə, öz mənafeyinə görə oyun oynayırdı. Özləri də bilir kimləri deyirəm. Bu əlləri görürsən? Bu əllər hər zaman Naxçıvan futbolu üçün çalışıb”. Elxan Babayevdən Naxçıvan futbolu üçün çalışan əllərindən çıxan əlcəklərin qalıb-qalmadığını soruşduqda “evdə olmalıdı, birini sənə verərəm. Ancaq sən o əlcəkləri geyinməyəcəksən, kiməsə verəcəksən. Versən də həmin adama de ki, əlcək Elxanın ola bilər, amma içindəki əl bu əl (əlini göstərir – C.M.) olmayacaq” dedi. Və daha danışmayacağını bildirdi.

Dediyinə əməl etdi. “Kəpəz”də oyandığı vaxt bir dəfə geyindiyi əlcəyi iki gün sonra verdi və bildirir ki, bu əlcəyi sadəcə bir oyunda geyinib. Onu da “Kəpəz” Naxçıvanda “Araz”a qarşı oynayanda əlinə taxıb. Həmin görüşün son dəqiqələrində qol buraxdığına görə əlcəkləri çıxarıb və bir daha geyinməyəcəyinə söz verib. Elə Babayevdən bu əlcəklərin üzərinə nəsə yazmağı xahiş etdik. Yazacağı son sözlər isə bunlar oldu: “Əlcək mənimdi, Elxanın. Amma əl mənim olmayacaq”. Doğrudan da, Naxçıvan futbolu böyük qapıçısını, insanını itirdi. Bundan sonra bu torpaq bəlkə Elxandan da istedadlı qapıçılar yetişdirəcək, lakin Elxanın kimi tarixə düşəcəkləri çətin olacaq…
 
P.S. Şəklini çəkməyə icazə vermədi, daha doğrusu, çəkməməyimi xahiş etdi. Bildirdi ki, şəklini gedib “Zəif”dən ya da İbrahimdən (Rzayev) alım.
 
Ceyhun MƏMMƏDOV
arazpfc.com

Son yazılar

To Top