big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ölkəsini 3 “F” ilə idarə etmiş diktator- (YAZI- II HİSSƏ)

13.12.2015 , 12:02

Müasir dünyamızda rəsmi dairələr hər nə qədər siyasətin futbola təsirini inkar etməyə çalışsa da, buna özlərinin belə inandığını düşünmürəm. Hər halda, futbol da digər idman növləri kimi kütlə üçün oynanılır və bu baxımdan ictimaiyyətin təsiri qaçılmazdır. Məşhur inqilabçı Ernesto Çe Gevara müsahibələrin birində: “Futbol sadəcə bir oyun deyil. Futbol inqilabın ən güclü silahıdır” deyə bildirmişdi. Qurtuluş savaşı illərində Mustafa Kamal Atatürk millətvəkilləri görüşmələrinin məqsədini gizli tutmaq üçün saxta futbol qarşılaşmaları təşkil edirdi.Bəli, tarixdə belə əhvalatlar yetərincə çoxdur.   Xüsusən də, XX əsrin sonlarına qədər, əyləncə sektorunun dövlətdən asılı olduğuı dövrlərdə diktatorlar, dövlət və hökumət başçıları, futbol başda olmaqla, idman növlərindən özlərinin və ideyalarının təbliği üçün geniş istifadə ediblər.Əlbəttə, onlar adi azarkeşlər kimi, komandalarını tribunadan dəstəkləməyib, sevimli klubunun uğur qazanması üçün bir çox qeyri-qanuni yollara əl atıblar. Sadiq oxucularımızın xatirində olar, bu günə qədər silsilə yazılar şəklində Adolf Hitler, İosif Stalin, Benito Mussolni və s. kimi şəxslərin futbola marağı barədə sizə məlumat vermişdik Bu dəfə isə haqqında söhbət atacağımız şəxs, bəlkə də dünya tarixinin gördüyü ən ziddiyyətli diktator,futbolun ən böyük və qeyri-qanuni azarkeşlərindən biri, sözügedən idman növünü nəinki öz təbliği üçün, hətta ölkəsinin idarə olunmasında  təsirli silaha çevirmiş Fransisko Frankodur. Özünün də dediyi kimi: “Mən ölkəni 3 “F” ilə idarə edirəm. Fado (din), fiesta (əyləncə) və futbol. Onları yüz minlik beşiklərdə (stadionları nəzərdə tutur-red.) yatırdıram”.

(Yazının ilk hissəsini isə burdan oxuya bilərsiz)

Franko diktaturasının İspaniya üçün tək-tük yaxşı nəticələrindən biri də, ölkənin II Dünya müharibəsində (1939-1945) bilavasitə iştirak etməməsidir. Təsəvvr edin, ispan milliyətçilər yarım milyon insanı ölmüş, iqtisadiiyyatı çökmüş, əsas şəhərlərinin bir çoxu bombardman edilmiş bir ölkəni təhvil almışdılar. Belə bir vəziyyətdə, İspaniyanın II Dünya müharibəsində aktiv şəkildə iştirak etməsi ölümə bərabər addım olardı. Franko hər nəyi olmasa da, bunu çox gözəl başa düşürdü. Buna görə də, savaşın sonuna qədər İspaniyanı bitərəf mövqedə saxlamağı bacardı. Amma istənilən halda, az öncə də qeyd etdiyim kimi, İspaniya vətəndaş müharibəsinin arxa pərdəsində kommunist SSRİ ilə, Üçüncü Reyxin çəkişmələri dururdu. İstər Adolf Hitler, istərsə də, Benito Mussolini bu müddət ərzində Franko qüvvələrinə aktiv şəkildə yardım göstərmişdir.1936-1939-cu illər aralığında Almaniya İspaniyaya 50 min hərbi qulluqçu, İtaliya isə 70 min könüllü göndərmişdi.   Bu baxımdan II Dünya müharibəsi ərzində İspaniyanın “Berlin- Roma-Tokio oxu” dövlətlərinə maddi və hərbi yardım göstərməsi başadüşüləndir. Təkcə, onu qeyd etmək kifayətdir ki, 1939-cu ildə İspaniya da “Anti-Komintern Pakt”a qoşuldu. Düzdür, sonradan Üçüncü Reyxin katolik Polşaya, ciddi səbəb göstərmədən hücum etməsi Franko ilə Hitlerin arasını açdı. Amma ədalət naminə, ispan falanjistlərin iqtidarları boyunca alman nasistlər və ya italyan faşistlər kimi sərt siyasət uyğulamadığını qeyd etməkdə fayda var.

 

 1943-cü ildə baş tutmuş növbəti “El-Klassiko” indinin özündə belə “Barselona” və “Real Madrd” azarkeşləri arasında əsas qırılma nöqtələrindən biridir. Üstündən 70 ilə yaxın bir vaxt keçməsinə rəğmən, hər iki tərəfin azarkeşlərinin sözügedən qarşılaşma ilə bağlı mübahisələri səngimək bilmir. Həmin ildə İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Barselona” və “Real Madrid” üz-üzə gəlirdi.Sözügedən komandalar arasında ilk matç “Les Korts”da baş tutdu. “Barselona”nın 3:0 hesablı qələbəsi azmış kimi,madridlilər fitə basıldı, bəziləri isə fiziki müdaxiləyə məruz qaldı. Cavab görüşünə “Real Madrid” klubu inanılmaz səviyyədə hazırlaşırdı. Azarkeşlər klubdan hərəyə bir fit almışdı ki, rəqibin topa toxunuşundan onu səsləndirsinlər. Əlbəttə, Franko belə bir məsələni heç bir şəkildə şansın ixtiyarına təslim edə bilməzdi. Təsəvvür edin, “kralın kuboku”nda katalonlar finala vəsiqə qazanır! “Barsalı” futbolçuları paltardəyişmə otağında sözün əsl mənasında böyük sürpriz gözləyirdi. Həmin vaxt Madrid klubunun təhlükəsizlik xidmətində işləyən, sonralar isə şəhərin meri təyin edilmiş Xose Mariya Finat katalonların yanına tapança ilə girmiş və qələbə qazanacaqları təqdirdə onlara ölüm vəd etmişdi. Az sonra isə matçın hakimi paltardəyişmə otağına təşrif buyuraraq, hər qayda pozuntusuna görə sarı yox, qırmızı vərəqə göstərəciyini bildirdik. Nəticə isə təəccüb doğurmamalıdır: “Real” 11-1 hesabı ilə qalib gəldi. Bu arada İspaniya Futbol Federasiyasının təqdirəlayiq davranışını qeyd etmək lazımdır. Qurum matçın şübhəli keçirildiyini bildirərək, “Real”a 5 min peset, “Barselona”ya isə bundan beş dəfə böyük cərimə kəsdi.

İspaniya vətəndaş müharibəsinin və  36 illik Franko diktaturasının ən çox zərər verdiyi klub isə heç şübhəsiz “Barselona”dır. Faşizmin dəstəkləyicisi kimi Franko katalonlara və xüsusən də onların təmsilçisi kimi “Barselona”ya dərin nifrət bəsləyirdi. Frankonun özünə isə Baskoniya və Kataloniyada hamı nifrət edirdi. Müharibə illərinə qədər “Barselona”nın oyunlarını keçirdiyi “Les Korts” antimadrid məkana çevrilmişdi.Bu illər ərzində katalonların təəssübkeşi kimi “göy-qırmızılar” dəfələrlə  sanksiyalara məruz qaldı. 1936-cı ildə isə klubun prezidenti, aktiv respublikaçı Xosep Punyol Madrid yaxınlığında hərbçilər tərəfindən heç bir sorğu-sual olmadan güllələnir. İspaniyada vətəndaş müharibəsi bitdikdən sonra isə hökumətin “Barsa”ya və katalonlara olan münasibəti daha da pisləşdi. Klubun vitse prezidenti Nikolas Kassaus ölüm hökmünə məhkum edildi. Kataloniya klubunun bir çox üzvləri, azarkeşləri isə “təhlükəli elementlər” kimi polislərin qonağı oldu. Yalnız qayda-qanunu sevən, sakit təbiətli Enrike Pineyronun “blauqrana”nın prezident postunu təhvil almasından sonra ara sakitləşdi.  Həmin ərazilərdə üsyanların qarşısını almaq üçün isə rejim tərəfindən bask və katalonların öz dillərində danışması qadağan olunmuşdu.Bütün bu uyğulamalarda kaudilyo kilsənin və burjuanın dəstəyindən geniş şəkildə istifadə edirdi.   Bu tip xalqların digər özünəməxsus ənənələri və mədəniyyətləri də yavaş-yavaş assimilasiya olunurdu. Frankonun dövründə “Nou Kamp” katalonların öz dillərində danışa bildiyi yeganə məkan idi. Burda azarkeşlər bəzən matçlar zamanı mövcud rejimə qarşı şüarlar səsləndirməkdən də çəkinmirdi. “Barselona” yalnız Kataloniyanın yox, bütün Franko əleyhinə olan bütün  qüvvələrin dəstəklədiyi komandaya çevrilmişdi.Axı sözügedən klub Kataloniya mədəniyyətinin qadağan edilməyən yeganə ünsürü idi.Yaşlı bir xanım həmin dövrdə baş verənləri belə təsvir edir:”Franko müstəqilliyimizi yox etdi, dilimizə qadağa qoydu və “Real Madrid” azarkeşiydi. Küçələrə çıxıb, “Qatil Franko” deyə qışqıra bilmirdik. Buna görə də “Real Madrid” futbolçularına qışqırmaq üçün stadionlara cumurduq. “Nou Kamp” stadionu Kataloniyanın bayraqları ilə dolu idi. “Barselona” bu gün də Kataloniyanın simvoludur. Katalonlar indi, Avropanın dövləti olmadığı halda, futbol klubu sayəsində ən güclü millətidir”.

Az öncə təqdim etdiiyimiz açıqlamada Frankonun “Real Madrid”ə simpatiya bəsləməsi ilə bağlı fikirlərə bir mənalı yanaşmaq mümkün deyil. Bəli, təəssüflər olsun ki, bu günün özündə belə, bir çox şəhər əfsanələri, şişirdilmiş əhvalatlar tarixin orijinallığına böyük xələl gətirmişdir. Əlbəttə, Frankonun “Real Madrid”ə heç bir şəkildə kömək göstərmədiyini bildirmək böyük tarixi saxtakarlıq olardı. Sadəcə olaraq, bitərəf şəkildə  mühakimə yürütsək sözügedən dəstəyin və rəğbətin olduğundan çox, şişirdildiyini qeyd etməliyik. Franko həmin dövrdə daha çox  “Atletiko Aviasyon”a (indiki “Atletiko Madrid”)  rəğbət bəsləyirdi. Təsadüfi deyil ki, “Atletiko Madrid” Franko diktaturası dövründə 7 dəfə ölkə çempionu bacarmışdı. Sadəcə olaraq, “Real Madrid” monarxiyanın və kral hakimiyyətinin təmsilçisi olduğuna görə Kaudilyo zaman-zaman “ağlar”a dəstək olub. Bir məsələni də nəzərə almaq lazımdır, dahi şəxsiyyət Santyaqo Bernabeunun prezidentliyi dövrü aşağı-yuxarı Franko diktaturası üst-üstə düşür. Bu baxımdan, bir çox hallarda, don Santyaqonun uzaqgörənliyindən irəli gələn bəzi məsələlər, haqsız şəkildə Frankonun dəstəyi kimi dəyərləndirilmişdi. Don Santyaqo isə heç bir şəkildə  Franko hakimiyyətinə rəğbət göstərməyib. Hətta, “Real Madrid” və “Makkabi Tel-Əviv” in basketbol komandaları arasında keçirilən görüş ərəfəsində Bernabeu “kral klubu”nun qızıl emblemini israilli generala təqdim etmişdi. Həmin dövrdə İspaniyadakı hökumət İsraili dövlət kimi tanımadığından bu addım hakim dairələrin ciddi qəzəbinə səbəb olub.

 

1960-cı ilin 6-10 iyun tarixlərində İlk Avropa çempionatı star götürmüşdü. Sözügedən turnirdə iştirak edən ölkələr arasında İspaniya da var idi. Püşkün nəticəsinə əsasən “buğalar”ın 1\4 finaldakı rəqibi düşmən ideologiyanın təmsilçisi-SSRİ olmalı idi. Franko kommunist rejimə məğlubiyyəti heç bir şəkildə qəbul edə bilməzddi. Belədə diktator rəsmilər qarşısına çıxıb “oyuna çıxacaqsızsa, mütləq qalib gəlməlisiniz” deyə bağırdı. Rəsmilər belə bir təminat verə bilmədiyindən yığma SSRİ qarşısına çıxmaqdan imtina etdi.(maraq üçün qeyd edək ki, sözügedən ildə SSRİ tarixində ilk və son dəfə Avropa çempionu olmağı bacarmışdı.). Di gəl ki, tale bu komandaları çox yox, cəmi 4 ildən sonra, daha dramatik situasiyada üz-üzə gətirəcəkdi. 1964-cü ildə Avropa çempionatı diktatorun vətəni-İspaniyada baş tutdu. 21 iyunda baş  tutmuş final qarşılaşmasında tragikomik şəkildə İspaniya və SSRİ üz-üzə gəlirdi. Perediya və Marselinonun sayəsində  SSRİ-ni Madriddə (2-1) məğlub edən İspaniya nəticədə kuboku başı üzərinə qaldırmağı bacardı. Qitə turnirində 2-ci yeri tutmasına rəğmən, SSRİ yığmasının baş məşqçisi Konstantin Beskov dərhal istefaya göndərildi. Axı o düşmənə uduzmuşdu…

1975\1976 mövsümü iki olayla yaddaqalan oldu. Əvvəla,, onu qeyd edək ki, Frankonun ölümü ilə onun diktaturası da başa çatır. Bundan da önəmlisi “Real Madrid”in əfsanəvi başqanı Santyaqo Bernabeunun beyninə qan sızır. Bəli, don Santyaqo təxminən iki il yataqdan qalxa bilmir. Onu bu müddətdə isə Kuis de Karlos əvəz edir. Büütün bu xəbərlərin Kataloniyada necə təntənə ilə qeyd olunduğunu deməyə yəqin ki, ehtiyac yoxdu. Frankonun vəfat etdiyi gün, 1975-ci il noyabrın 20-də Barselona mağazalarında şampan şərabı tapmaq müşkül məsələ idi…

Ürfan Məmmədzadə 

Son yazılar

To Top