big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ölkəsini 3 “F” ilə idarə etmiş diktator- (YAZI- I HİSSƏ)

12.12.2015 , 11:45

Müasir
dünyamızda rəsmi dairələr hər nə qədər siyasətin futbola təsirini inkar etməyə
çalışsa da, buna özlərinin belə inandığını düşünmürəm. Hər halda, futbol da digər
idman növləri kimi kütlə üçün oynanılır və bu baxımdan ictimaiyyətin təsiri
qaçılmazdır. Məşhur inqilabçı Ernesto Çe Gevara müsahibələrin birində: “Futbol
sadəcə bir oyun deyil. Futbol inqilabın ən güclü silahıdır” deyə bildirmişdi.
Qurtuluş savaşı illərində Mustafa Kamal Atatürk millətvəkilləri görüşmələrinin
məqsədini gizli tutmaq üçün saxta futbol qarşılaşmaları təşkil edirdi.Bəli,
tarixdə belə əhvalatlar yetərincə çoxdur.   Xüsusən
də, XX əsrin sonlarına qədər, əyləncə sektorunun dövlətdən asılı olduğuı dövrlərdə
diktatorlar, dövlət və hökumət başçıları, futbol başda olmaqla, idman növlərindən
özlərinin və ideyalarının təbliği üçün geniş istifadə ediblər.Əlbəttə, onlar
adi azarkeşlər kimi, komandalarını tribunadan dəstəkləməyib, sevimli klubunun
uğur qazanması üçün bir çox qeyri-qanuni yollara əl atıblar. Sadiq
oxucularımızın xatirində olar, bu günə qədər silsilə yazılar şəklində Adolf
Hitler, İosif Stalin, Benito Mussolni və s. kimi şəxslərin futbola marağı barədə
sizə məlumat vermişdik Bu dəfə isə haqqında söhbət atacağımız şəxs, bəlkə də dünya tarixinin gördüyü ən ziddiyyətli diktator,futbolun ən böyük və
qeyri-qanuni azarkeşlərindən biri, sözügedən idman növünü nəinki öz təbliği
üçün, hətta ölkəsinin idarə olunmasında  təsirli silaha çevirmiş Fransisko
Frankodur. Özünün də dediyi kimi: “Mən ölkəni 3 “F” ilə idarə edirəm. Fado
(din), fiesta (əyləncə) və futbol. Onları yüz minlik beşiklərdə (stadionları nəzərdə
tutur-red.) yatırdıram”.

Franko
1892-ci ilin, dekabrın 4-də İspaniyanın Qalisiya bölgəsinin Ferrol şəhərində
dünyaya göz açıb. Gələcəyin diktatorunun düşdüyü ailə mühiti yetərincə ziddiyyətli
idi, belə ki, Frankonun atası əyləncə düşkünü olmasına rəğmən, anası  qatı dindar və katolik biri idi. Bu mənada
Fransiskonun anasını örnək olması, hakimiyyəti illərində İspaniya üçün bir çox
faciəvi nəticələr doğurdu. Belə ki, kaudilyo İspaniyada hakimiyyəti ələ aldıqdan sonra ispan qadınların işləməsi ilə bağlı sərt qadağalar tətbiq etməklə yanaşı, ölkədə kommunistlərin, sosialistlərin, homoseksualların və masonların böyük miqyaslı təqibi başlandı.

Franko gənclik illərində ailəsinin ənənəsinə
uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Amma İspaniyanın 1898-ci il də
Amerika ilə girdiyi müharibədən məğlub ayrılmasının nəticəsində dəniz
akademiyası üçü ayrılan  plan yerlərinin kəskin azaldılması nəticəsində piyada qoşun
akademiyasına yazılmağa məcbur oldu. 1907-ci ildə 14 yaşında ikən girdiyi
“Toledo Piyada Akademiyası”nı 3 il sonra bitirdi. 1910-cu ildə həmin
akademiyadan məzun olduqdan sonra iki il öz doğma şəhəri El-Ferrolda fəaliyyət
göstərir. Əlinə imkan düşən kimi hərbi karyerasında yüksəlmək məqsədilə Mərakeşə
üz tutur. Burada 11 il qalan Fransisko yaxşı zabit kimi adından söz etdirməyi
bacarıb. Davam edən müddətdə isə “Rif müharibəsi”ndə iştirak edən Franko
1916-cı ildə 23 yaşında ikən ispan ordusunda ən gənc mayor, 1926-cı ildə isə
ispan ordusunda ən gənc general ünvanını qəbul edir.

 Bu illərdə İspaniyada futbolun ilk cücərtiləri baş qaldırırdı. 1920-ci
ildə İspaniya kralı XIII Alfonso “Real”a öz titulunu vermək qərarına gəlir.
Düzü, həmin dövrdə bunun elə də böyük əhəmiyyəti yox idi. Çünki həmin dövrdə
yetərincə çox “kral klubu” var idi.Əslinə qalsa, Alfonsonun nə üçün məhz “Real Madrid”i bu şərəfə layiq görməsinin səbəbləri dəqiq bilinmir. Şayiələrə inansaq, XIII Alfonso öncə Madridin digər təmsilçisi “Atletiko”ya bu ünvanı vermək istəyibsə də, dönəmin rəhbərliyi bundan imtina edib.Çoxları Madriddə fəhlələr və kasıb ailələrdən olan insanların “Atletiko”ya azarkeşlik etməsini bu məqamla əlaqələndirir. Yeri gəlmişkən, ilk İspaniya çempionatı da
kral XIII Alfonsonun təşəbbüsü ilə təşkil olunub. İlk çempionatı kral təşkil
etsə, burda “Real”ın da müstəsna əməyi qeyd olunmalıdır. Əslində çempionatın
başlaması üçün lazım olan hər şey hələ 1927-ci ildə hazır idi. Sadəcə olaraq,
katalon və bask təmsilçilərini yola gətirmək üçün təxminən 1 ildən çox vaxt sərf
olundu.Uzun müzakirələrdən sonra həmin komandalar da çempionatda iştirak etməyə
razılıq verirlər. Təbii ki, müəyyən şərtlər daxilində. Həmin klubların əsas tələbi
isə bundan ibarət idi ki, qalib İspaniya yox, “Liqa çempionu”
adlandırılmalıdır.1928-1929- cu illər mövsümündə baş tutan ilk İspaniya
çempionatının qalibi isə “Barselona” olur.  1931-ci ildə çox da qan tökülmədən kral XIII Alfonso
hakimiyyətdən devrildi. Respublikaçı ideyaların təsiri altında “Real Madrid”
klubu rəsmi gerbindən monarxiyanı təmsil edən tac işarəsini, adından isə “Real”
(yəni kral) sözün atdı. Çılğıncasına kral tərəfdarı olan Fransisko Franko
1931-ci ildə İspaniyada respublika elan olunanda,14 aprel tarixində isə  kral ölkədən qovulanda dərin sarsıntı
keçirdi.Orduda ən gənc general olan Franko, monarxist baxışlarına baxmayaraq,
orduda baş general rütbəsinə qədər yüksəlməyi bacardı. Lakin o hələ də təhlükəli
hesab olunurdu…


 1936-ci ilin fevralında solçu Xalq Cəhbəsi
seçkiləri uddu və nəticədə Franko Kanar adalarına sürgün edildi.  Amma Fransisko burda da boş durmadı və milliyətçi
konsiprasiya təşkil etdi. Həmin ilin iyul ayının 18-də İspaniya üçün çox ağır nəticələr
doğuran və 3 il davam etmiş vətəndaş müharibəsi başladı.Zahirən, vətəndaş
müharibəsi respublikaçı və monarxist qüvvələr arasında gedirdi. Amma əslində isə
müharibənin özəyində XX əsrin iki düşmən ideologiyası- kommunizm və faşizm
dururdu.32 ay ərzində İspaniya beynəlxalq faşizm və dünya kommunizm qüvvələri
arasında müharibə meydanına çevrildi. Maraqlıdır ki, by müharibə yerli
radiostansiyalarının birində “Bütün yarımadada tam sakitlikdi” ifadəsindən
sonra başlayıb. Sovet tarixçiləri bu ifadənin Frankonun tərəfdarları üçün
çağırış parolu olduğunu iddia etsə də, ispan tarixçiləri belə bir faktı təsdiq
etməyiblər. İstənilən halda, bu müharibə yarım milyon insanın bilavasitə, digər
yarım milyon şəxsin isə dolaysı yolla ölümünə səbəb olub. Həmçinin, 1939-cu
ilin fevralına qədə təxminən yarım milyona yaxın ispaniyalı qaçaraq Fransa sərhədini
keçdilər. Təbii ki, 3 il davam etmiş müharibə futbola da təsirsiz ötüşməyib. Vətəndaş
müharibəsinin davam etdiyi illər ərzində İspaniya çempionatı baş tutmayıb. Bir
çox komandaların stadionu yerlə-yeksan edilmiş, maddi-mənəvi zərərlər görüb. Bu
mənada “Real Madrid”in yetərincə böyük zərər gördüyünü qeyd etməliyik.
Madridlilərin 15 minlik stadionu “Çamartin” yerlə yeksan edilmiş, komandanın XX
əsrin əvvəllərində qazandığı bir çox kubok yoxa çıxmış, klubun faktiki pulu
qalmamışdı.Reqeyro qardaşları və Emilo Alonso kimi bir çox futbolçular “Real”ı
tərk edir. Amma klubun ən böyük itkisi öz dövrünün ən məşhur qapıçılarından
biri Rikardo Samora ilə bağlı idi. Əslən katalon olan Samoranın burda çox tab gətirə
bilməyəcəyi məlum olur və Peper Samiterlə Fransanın “Nitsa” klubuna transfer
olur (sözügedən futbolçu ilə bağlı kuryoz əhvalatı da sizin nəzərinizə
çatdırmağı özümə borc bilirəm. SSRİ-nin lideri İosif Stalin 1934-cü ildə xəbərlərin
birində Nestor Samoranın İkinci İspaniya Respublikasının prezidenti seçildiyini
oxuyanda “bu həmin məşhur qapıçıdır?” deyə soruşmuşdu) Respublikaçı prezident
Rafael Sançes həbs olunur.  Amma bütün
bunlara baxmayarq  klub dövlətdən yardım
almadan, i Santyaqo Bernabeunun sonrakı illərdə gərgin  əməyi sayəsində əvvəlki nüfuzunu bərpa edə
bildi.

(ardı var)

Ürfan Məmmədzadə 

Son yazılar

To Top