Yunanıstanın “Olimpiakos” klubu əsas futbolçusu olan 25 yaşlı Kostas Mitroğlunun köməyindən məhrum qalıb.
Korner.az-ın məlumatına görə, oyunçu ÇL-da PSJ ilə oyunda zədələnib. Hücumçunun bərpası üçün 4-5 həftə lazım olacaq. Futbolçu “Anderlext”ə qarşı oynanılacaq vacib qarşılaşmaya çıxa bilməyəcək.
Məlumat üçün qeyd edək ki, Mitroğlu bu mövsüm ölkə çempionatında 14 qol vurub.
