“Odlar Yurdu” komandası şahmat üzrə Avropa çempionatına qələbə ilə başlayıb
12.10.2018 , 21:07
Yunanıstanın Xalkidiki şəhərində şahmat üzrə klublar arasında Avropa çempionatı start götürüb.
Azərbaycanın kişilərdən ibarət “Odlar Yurdu” komandası ilk görüşündə Finlandiyanın “Komeon” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma “Odlar Yurdu” kollektivinin böyük hesablı qələbəsi ilə başa çatıb.
“Odlar Yurdu” – “Komeon” (Finlandiya) – 6:0
Şəhriyar Məmmədyarov – Tapani Sammalvyo – 1:0
Rauf Məmmədov – Timo Lampen – 1:0
Eltac Səfərli – Harri Mansner – 1:0
Qədir Hüsyenov – Tommi Verkasalo – 1:0
Vasif Durarbəyli – Santul Kosmo – 1:0
Nicat Abasov – Kauko Kelo – 1:0.
Qeyd edək ki, turnirdə, ümumilikdə, 73 klub yarışır. Onlardan 61-i kişilərin qrupunda, 12-si isə qadınların yarışında mübarizə aparır. Hər iki yarışda Azərbaycanı “Odlar Yurdu” komandaları təmsil edir.