Norveç – Azərbaycan oyununun hakim təyinatları açıqlandı
11.06.2022 , 22:03
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Drammen şəhərindəki “Marienlyst” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Korner.az AFFA-nın saytına istinaən xəbər verir ki, matçı Bosniya və Herseqovina Futbol Federasiyasından Luka Bilbiya idarə edəəck. Ona Goran Dujak, Amer Maciç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.
Qeyd edək ki, oyunun 14-ü keçiriləcək görüş saat 20:00-da başlayacaq.