Neymar Braziliyaya gedir
21.02.2019 , 15:37

PSJ-nin futbolçusu Neymar zədəsinin müalicəsi üçün Braziliyaya gedəcək.
27 yaşlı hücumçu ölkəsində 10 günlük xüsusi müalicə kursu keçəcək.
Qeyd edək ki, Neymar yanvarda Fransa kubokunun 1/16 finalında “Strasburq”la matçın (2:0) 62-ci dəqiqəsində ayağından zədə alıb. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.
