big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”nin yarımştat futbolçu və yarımştat qoçusu (YAZI)

30.10.2013 , 22:04

“Aya emilsen nesen qeweng soz dememiw agilli ol pacan”. Cümlədəki qrammatik, orfoqrafiq və s. kimi səhvləri boş verməyə məcburuq. Yeganə səbəbi var: nəzərə alırıq ki, bunu yazan azərbaycanlı futbolçudu. O futbolçu ki, “Azərbaycan futbolunun flaqmanıyam” deyib sinəsinə döyən klubun formasını geyinir. O futbolçu ki, layiq olmadığı dəyəri (oxu: pulu) görür başqanından, Azərbaycan futbolunu xaraba qoyanlardan. Və bu kimi “bukimilər” qazandıqca harınlayır, kriminallaşırlar. Azərbaycanlı futbolçu həmişə belə olub: pul verəninin qarşısında dilsiz-ağızsız uşaq, qeyrilərinin qarşısında “vor-zakon”…

Cavid İmamverdiyev bu sözləri yayda deməliydi. Misalçün, menecerlə söhbətdə haqqında ağzına gələni dediyi Tahir Süleymanova. Deyə bilməzdi axı. Cavid tipik azərbaycanlı futbolçu kimi davrandı və klub rəhbərliyi ilə ağızbirliyi edib onu Ukraynaya aparmaq istəyən menecerləri “neprav” çıxartdı. Ukraynada işləyən menecerə Küçük Əmrahın “Götür beni gittiğin yere” mahnısının sözlərini oxumuşdu az qala. Amma məsələyə nöqtənin qoyulmalı olduğu məqamda “Neftçi”nin vergülə keçməsiylə Cavid də “val”ı dəyişib, vitse-prezidenti üçün “o nə klubdu ki, gedim” ritmini tutmuşdu. “Dinamo-2”-nin bəyənmədiyi futbolçu “Hoverla” haqqında deyirdi bu sözləri. Daha doğrusu, ona bu sözləri dedirdirdilər. 3 ay bundan əvvəlki “quzu Cavid” indi “dil açıb”, onu tənqid edən, özü də haqlı tənqid edən (azarkeş Cavidin son vaxtlar boş qapıya da top vura bilməməsinə eyhamla onun fotosunun altına “boş qapı” yazıb) azarkeşə hədə-qorxu gəlir, nömrəsini yazır rəylərdə, “kimin sözü var, zəng eləsin” deyir. Halbuki azarkeşin nə qədər böyük güc olduğunu bilməliydi. Bilmirmiş, əlbət, amma yəqin ki, o şərhinə “Neftçi” fanatlarının reaksiyasından sonra bildi. Bu arada, o fotonun altında yazdıqları rəylərlə birlik göstərən “ağ-qaralı” fanatları da alqışlayıram. Və azarkeşinə hörmətsizlik edən futbolçusuna “Neftçi”nin nə cəza verəcəyini də səbirsizliklə gözləyirəm. Cəza olmayacaqsa, beynimə qara-qara fikirlər gələcək. Misalçün, yəqin etməyə başlayacam ki, “Neftçi”nin “peşəkar idarəçilik sistemi”ndə belə şeylər normaldı və İmamverdiyev bu klubdan aldığı aylıq 20 min manat qarşılığında iki funksiyanı yerinə yetirir: yarımştat futbolçu və yarımştat qoçu

…Pardon, siz qoçusuz klub idarə edə bilərsiz?

P.S. 20-cə gün bundan əvvəl “Bursaspor” azarkeşlərinin klubun bazasına gəlib futbolçulara mesaj göndərdi ki, "Adam kimi futbol oynayın, bu formanın haqqını verin. Sizə üç həftə möhlət. Ya toparlanın, ya da üç həftədən sonra bura əlimizdə zopalarla gələrik". Klub rəhbərliyi cınqırını da çıxarıb bir söz deyə bilmədi. 2 gün əvvəl isə “Real” (Betis) azarkeşləri komandanın məşqinə basqın eləyib “Atletiko”ya (Madrid) 0:5-lik məğlubiyyətin hesabını sordular. Kapitanla baş məşqçini “söhbət”ə çağırdılar və yenə möhlət verib dağılışdılar. Gözəlim Azərbaycan, sən yenə də fərqləndin!

Saleh Arslan

Son yazılar

To Top