Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün sonuncu yoxlama matçına çıxacaq.
Korner.az-ın məlumatına görə, Arif Əsədovun komandası Antalyada Rumıniyanın “Petrolul” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Neftçi” bundan öncə Səudiyyə Ərəbistanının “Hajer” (3:1), Türkiyənin “Kayseri Ərciyəsspor” (0:0) və “Elazığspor” (0:1), eləcə də Ukraynanın “Volın” klubları ilə qarşılaşmışdı.