“Neftçi”nin sabiq futbolçusu Kipr klubunda
24.12.2020 , 16:59
2019/20 mövsümünün sonunda “Neftçi”dən ayrılmış Soni Mustivar komandasını dəyişib.
Korner.az xəbər verir ki, Rumıniyanın “Hermanştadt” klubu ilə vidalaşan haitili futbolçu Kipr təmsilçisi “Nea Salamina”ya keçib.
30 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, Soni Mustivar 2018-2020-ci illərdə “Neftçi”də çıxış edib.