“Neftçi”nin futbolçuları İqor Mitreski, Mahir Şükürov və Rəşad Sadiqov UEFA-nın rəsmi saytına Azərbaycanda ardıcıl 3-cü çempionluğunu dəyərləndiriblər.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar”ın aparıcı üzvləri çempionluq sevincini belə şərh ediblər:
İqor Mitreski: “Biz yaxşı sürət yığdıq və hətta Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Ümid edirəm ki, bu ruhda davam edəcəyik. Klubumuzun prezidenti Sadıq Sadıqov həmişə bizi dəstəkləyib, kömək edib. Buna görə əvvəlcə onu, həmçinin məşqçilər heyətini və bütün oyunçuları təbrik edirəm”.
Rəşad Sadiqov: “Biz dəqiq bilirdik ki, Qəbələdə asan olmayacaq. Çünki özümüz üçün çətin rəqiblə üzləşirdik. Vacib olan futbolçuların seçimi və onların oyunudur. Qələbəyə inanırdıq və ona nail olduq. Buna görə hamımız çox sevinirik”.
Mahir Şükürov: “Mən ikiqat sevincliyəm. Çünki biz çempionluğu vaxtilə oynadığım Qəbələdə rəsmiləşdirdik. Axı mən yerli klubda oynaya-oynaya, qızıl medalın sevincini yaşaya bilmirdim”.