big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Neftçi”nin 447 günlük həsrəti

30.10.2017 , 07:30

Premyer Liqanın X turu “Neftçi”nin turnir cədvəlinin 4-cü pilləsinə yüksəlməsi ilə əlamətdar olub

Azərbaycanın ən titullu klubu uzun fasilədən sonra cədvəlin yuxarı yarısında qərarlaşıb.

Son illər uğursuz çıxış edən “ağ-qaralar” sonuncu dəfə ilk “dördlük”də ötən mövsümün startında qərarlaşmışdı. 2016/17 mövsümünə AZAL üzərində 2:0 hesablı qələbə ilə başlayan paytaxt klubu I turdan sonra şərikli liderlərdən biri olub.

Avqustun 8-də başa çatan turdan 447 gün sonra “Neftçi” yenə turnir cədvəlinin ilk yarısında yer alıb. İndiki nəticə bakılıların 8 komandalı Premyer Liqanın ilk “dördlüy”ündə olduğu 2-ci hadisədi.

Düzdü, ilk turdan sonrakı turnir cədvəli heç də ciddi qəbul olunmur. Ötən mövsümün startındakı cədvəli saymasaq, “Neftçi”nin ilk 4 pillədən birində qərarlaşmasına sonuncu dəfə 2015/16 mövsümünün IV turundan sonra təsadüf olunub. Həmin vaxt – 2015-ci il sentyabrın 13-də başa çatan turdan sonra “Neftçi” 4-cü pillədə qərarlaşmışdı.

Qeyd edək ki, “Neftçi” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikdən sonra 4-cü pilləni rəqibindən alıb. 13 xala malik bakılılar top fərqinə görə sumqayıtlıları arxada qoyub.

apasport.az

Son yazılar

To Top