Topaz Premyer Liqasının 13-cü turunun “Neftçi” – “Bakı” oyunu mövsümün 3-cü avtoqolu ilə yadda qalıb.
Korner.az-ın məlumatına görə, meydan sahiblərinin legioneri Erik Ramos öz qapısına qol vurub.
“Neftçi”nin 2:1 hesabı ilə qalib gəldiyi matçdakı avtoqol Azərbaycan çempionatları tarixində sayca 120-ci olub.
Eyni zamanda bütün çempionatların iştirakçısı olan “ağ-qaralar” da 10-cu dəfə 10-cu belə uğursuzluğu olub.
31.03.1996
Rasim Abışov
Turan – Neftçi
01.11.1997
Kamal Quliyev
Neftçi – Viləş
15.05.2001
Arif Əsədov
Şəmkir – Neftçi
11.03.2001
İlham Yadullayev
Neftçi – Turan
20.08.2006
Mahir Şükürov
Neftçi – İnter
30.03.2008
Rəşad Sadıqov
Neftçi – Bakı
11.12.2010
Denis Silva
Neftçi – Bakı
10.09.2011
Ruslan Abışov
Xəzər Lənkəran – Neftçi
14.04.2012
Ruslan Abışov
Neftçi – İnter
10.11.2013
Erik Ramos
Neftçi – Bakı
Artıq 3-cü dəfə “Bakı” üçün qol vuran “Neftçi” ən çox məhz bu rəqiblə görüşlərdə avtoqola üzülüb. Ramosa qədər Rəşad Sadıqov və Denis Silva da eyni halla üzləşmişdi. Paytaxtın eyniadlı təmsilçisi isə ümumilikdə 13-cü dəfə qarşılaşdığı komandanın qoluna sevinib.
04.12.1999
Elşad Kərimov
Viləş – Dinamo
09.09.2000
Dmitri Spirin
Şəfa – Dinamo-Bakılı
09.11.2004
Elxan Abdıyev
Turan – Dinamo
05.07.2003
Kamil Yunusov
Şahdağ-Samur – Dinamo
02.10.2005
Natiq Qasımov
MOİK – Bakı
08.12.2006
Elnur Abbasov
Bakı – Karvan
08.04.2007
Kamran Əlibabayev
Bakı – Şahdağ
30.03.2008
Rəşad Sadıqov
Neftçi – Bakı
11.12.2010
Denis Silva
Neftçi – Bakı
01.05.2011
Zaur Həşimov
Qarabağ – Bakı
22.04.2012
Namiq Yusifov
Qarabağ – Bakı
16.02.2013
Juan Fransisko
Bakı – AZAL
10.11.2013
Erik Ramos
Neftçi – Bakı
Qeyd edək ki, mövsümün ilk 2 avtoqolu “Sumqayıt”ın hesabında idi. “Gənclik şəhəri” təmsilçisinin üzvləri ardıcıl 2 turda öz qapısına qol vurmuşdu. 9-cu turun “İnter”lə görüşündə Adil İbrahimov, növbəti turun “Qarabağ”la matçında isə Anar Nəzirov eyni səhvə yol vermişdi.
