Avstriyada təlim-məşq toplanışını keçən “Neftçi” klubu bu gün ikinci yoxlama matçında qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, “flaqman” bu dəfə Rumıniyanın “Botoşani” klubu ilə qarşılaşıb. Oyun “Neftçi”nin 0:3 hesablı məğlubiyyəti başa çatıb.
Qeyd edək ki, “Neftçi” ilk görüşündə dünən “Dinamo” (Kiyev, Ukrayna) klubu ilə 2:2 bərabərə qalıb.