“Neftçi”də ayrılıq
10.06.2022 , 15:38
“Neftçi” qapıçı Kamran İbrahimovla başa çatan müqaviləni yeniləməyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” gənc futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
“Neftçi”nin yetirməsi olan İbrahimov əsas komandanın heyətində 10 rəsmi oyunda meydana çıxıb.
Paytaxt klubu daha əvvəl müdafiəçi Huqo Basto ilə yollarını ayırmışdı.