“Neftçi” seçimlərə start verdi
18.05.2022 , 15:41
“Neftçi” Futbol Akademiyası 2012-2016-cı il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir.
Korner.az klubun saytına istinadən xəbər verir ki, seçimlər 26-27 may, 2-3, 9-10, 16-17 iyun tarixlərində “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 18:00-da başlayacaq.
Seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün +994 50 218 49 88, +994 77 219 50 32 nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz.