Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Xəzər Lənkəran” oyunları canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, hər iki görüş “İdman Azərbaycan” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Bu matçlar telekanalın proqramına daxil edilib.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu saat 17:00-da, “Neftçi” – “Qarabağ” qarşılaşması isə 19:00-da başlayacaq.