Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Neftçi" ilk transferini gerçəkləşdirməyə yaxındır.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar" İtaliyanın “Palermo” klubunun yarımmüdafiəçisi Nikolas Violaya təklif göndərib. Bu barədə məlumatı “La gazetta dello sport” yayıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu müxtəlif vaxtlarda İtaliyanın U-16, U-17, U-18 və U-19 komandalarında oynayıb.