“Neftçi” ilk transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, paytaxt klubu Samir Mənisovu heyətinə qatıb.
Samir Moskva “Lokomotiv”inin gənclərdən ibarət komandasının formasını geyinirdi. U-19 yığmamızın üzvü bir neçə gündü “Neftçi”nin düşərgəsindədi və bu gün Albaniyanın “Partizani” klubu ilə keçirilən oyunda meydana çıxıb. Məsimov 75-ci dəqiqədə komandanın ikinci qoluna imza atıb.
