“Neftçi”nin U-19 komandası növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” U-19 liqasının 8-ci turunda “Kəpəz”lə qarşılaşıb.
“Dalğa Arena”nın ehtiyat meydançasında baş tutmuş görüşdə paytaxt təmsilçisinin 19 yaşlıları qalib gəlib – 5:0. Qollardan üçünü Pilağa Mehdiyev, ikisini Oruc İsmayılov vurub.