Hazırlıqlarını Avstriyada davam etdirən “Neftçi” ilk yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” Macarıstanın MTK klubu ilə qarşılaşıb.
Premyer Liqanın 4-cüsü ilk hazırlıq oyununda 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Samir Əliyevin yetirmələri Avstriya toplanışı çərçivəsində daha 3 yoxlama oyunu keçirəcək.
