“Neftçi” hazırlığı başa vurdu
18.02.2022 , 19:24

“Neftçi” Premyer Liqanın XVI turunda qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
“Neftçi” – “Keşlə” görüşü fevralın 19-u saat 17:15-də “Bakcell Arena”da keçiriləcək.
