“Neftçi” futbolçusunu icarəyə verdi
04.01.2021 , 15:46
“Neftçi” futbolçu Cabir Əmirlini icarəyə verib.
Korner.az xəbər verir ki, anlaşmaya əsasən, 23 yaşlı müdafiəçi mövsümün sonunadək “Sumqayıt”da çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, keçən ilin yayında “Neftçi”yə transfer olunmuş Cabir Əmirli bu mövsüm 5 oyunda meydana çıxıb.