“Neftçi”nin futbolçuları “Şkendiya” klubu ilə Avropa Liqasının ikinci təsnifat mərhələsi oyunundan sonra fikirlərini bildiriblər.
Araz Abdullayev: “Vacib olan nəticə qazanmaq idi. Çox istəyirdik ki, qol vuraq. Amma cavab oyununda bir qol bizi növbəti mərhələyə çıxara bilər”.
Krşevan Santini: “Yaxşı oynadıq. Bu dəfə təşvişə düşmədik. Biz Azərbaycanın ən köklü klubunun şərəfini qoruyuruq, ona görə də azarkeşlərin hər oyunda qələbə arzusu başadüşüləndi”.
Vançe Şıkov: “Rəqibə boşluq verməməliyik. Komandaların şanslarını 50/50-yə hesab edirəm”.
Jairo: “Rəqibin meydanında daha yaxşı nəticə qazanmaq lazımdır. Bu gün qol vurmaq istəsək də, alınmadı”.
