big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Azərbaycan şahmatı: Xaqanidən günümüzə qədər – YAZI

15.07.2016 , 08:08

Şahmat oyunu Azərbaycanda qədim tarixə malikdir. Dahi şairlərimiz  öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər. Xaqani Şirvani  (XI əsr) “Töhfətül-İraqeyn” əsərində yazır:

Saxlanır burada gənc içində gənc,

Sən də mərkəzində bir şahi-şətrənc.

Nizami Gəncəvinin (XII əsr) “İskəndərnamə”sində oxuyuruq:

Meydanda rum, zənci təbil döyərək,

Ağ, qara qarışdı şətrənc zəritək.

Qırqovul rumlular, qarğa zəncilər,

Tərlanın iki rəng köksünə bənzər.

Fransa yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd edib. Görkəmli mütəfəkkir M.F.Axundovun oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyə dair tövsiyələrə rast gəlmək mümkündür. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) isə Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir.

Müasir dövrə gəldikdə, peşəkar səviyyədə bu idman növü Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təşəkkül tapmışdır. 1923-cü ildə Bakı (qalib – Makaqonov), 1934-cü ildə isə kişilər arasında ilk Azərbaycan çempionatı təşkil olunub (qalib – Səlimxanov). 1936-cı ildə qadınlar arasında ilk Azərbaycan çempionatı keçirilib (qalib – Rojdestvenskaya).

Böyük Vətən müharibəsi illərində respublikada şahmat sahəsində faktiki olaraq heç bir hadisə baş vermədi. 1950-ci illərdən isə Azərbaycanda şahmat həyatı nəzərəçarpacaq dərəcədə canlandı.Bu prosesdə aparıcı rollardan birini Bakı Pionerlər Evinin dərnəyi oynadı.

Ötən əsrin 50-ci illərinin sonunda istedadlı şahmatçı S.Xəlilbəyli SSRİ idman ustası adına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşdü. 1960-cı ildən etibarən qadınlar arasında mütəmadi olaraq respublika çempionatları keçirilməyə başladı.

Ötən əsrin 70-ci illərindən Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirdi. 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verilmişdi. Bu da tezliklə bəhrəsini verdi. Azərbaycan dünya şahmatına Harri Kasparov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Vladimir Akopyan və Emil Sutocski kimi şahmatçılar bəxş etdi.

H.Kasparov, F.Sideifzadə, E.Məhərrəmov, A.Hüseynov A.Sofiyeva, F.Vəlixanlı, İ.Qədimova SSRİ miqyasında və beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanmağa başladılar. 1992-ci ildə qızlardan ibarət yığma komanda Filippinin paytaxtı Manila şəhərində Ümumdünya Şahmat Olimpiadasında ilk dəfə çıxış edərək 67 komanda arasında yüksək 7-ci yeri tuta bildi. 1993-cü ildə isə Avropa komanda çempionatında (Debretsen, Macarıstan) həmin komanda bürünc medallara layiq görüldü. 2002-ci ildə gənclər arasında Avropa çempionatı, Bakıda bir il sonra isə dünya çempionatı Naxçıvanda keçirildi. Bu çempionatlarda Azərbaycanı təmsil edən şahmatçılar – Z.Məmmədyarova (bir qızıl, bir gümüş), Ş.Məmmədyarov (bir bürünc, bir qızıl), V.Həşimov (bir gümüş) beş medala layiq görüldülər. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın qüvvətli qadın şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlər keçirildi. Bu təşkilatı uğurları nəzərə alaraq Beynəlxalq Şahmat Federasiyası Qran-Pri turnirlər silsiləsinin ilk mərhələsinin keçirilməsini 2008-ci ildə Bakıya həvalə etdi. Son illərdə Azərbaycan şahmatçıları T.Rəcəbov, Ş.Məmmədyarov və V.Həşimov dünyanın qabaqcıl şahmatçıları sırasına çıxa biliblər. 2007-ci ilin sonunda kişilər arasında seçmə komanda (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynov, Rauf Məmmədov) Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatından Azərbaycana ilk dəfə bürünc medallarla qayıtdı. 2009-cu ildə Serbiyanın Novi-Sad şəhərində keçirilən qitə birinciliyində isə komandamız eyni heyətlə qızıl medallara sahib oldu. İki il sonra Yunanıstanın Sitoniya şəhərində təşkil olunan Avropa çempionatında isə həmyerlilərimiz gümüş medal qazandılar. 2015-ci ildə isə komandamız yenə də qitənin ən güclü kollektivi oldu. Bu il Bakıda təşkil olunan Şahmat Olimpiadasında da Azərbaycan komandası əsas favoritlər sırasındadır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top