Bakının “Neftçi” klubunun 2000-ci il təvəllüdlü futbolçularından ibarət komandası 1-ci Əlincə kuboku turnirinin qalibi olub.
Korner.az-ın məlumatına görə, baş məşqçi Eldəniz Məmmədovun rəhbərlik etdiyi klub dairəvi sistemlə keçirilən yarışda 3 oyun keçirib. “Əlincə” ilə heç-heçə oynayan (0:0) “Ağ qaralar” “Bakı” (5:1) və “İnter”i (5:0) böyük hesabla məğlub edərək kubokun sahibi olublar.