Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Neftçi” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.
Korner.az futbol11.az saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın sınaq matçı keçirəcəyi rəqiblərdən ikisi artıq bəllidi.
Belə ki, “Neftçi” Ukraynanın “Çernomorets” və Albaniyanın “Kukesi” klublarını sınağa çəkəcək. Hər iki komanda ölkəsinin güclülər dəstəsi təmsilçisidi. Oyunların vaxtı və digər rəqiblər hələ bəlli deyild.
Qeyd edək ki, “Neftçi”nin toplanışı yanvarın 12-də başlayacaq və 27-də bitəcək. Komanda bu müddətdə Mardan İdman Kompleksində məskunlaşacaq.
