big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Neftçi” avropalılaşaq dedi, “İnter”dən “yox” cavabı gəldi

19.02.2013 , 10:50

Bu həftə Topaz Premyer Liqası çərçivəsində keçiriləcək "Neftçi" – "İnter" matçına duyulan marağın yüksək olduğunu nəzərə alan "flaqman"ın təqdirəlayiq yeniliyə əl atacağını xəbər vermişdik.

Bir daha xatırladaq ki, "ağ-qaralar" matçdan bir gün əvvəl komandanın baş məşqçisi Böyükağa Hacıyevin iştirakı ilə mətbuat konfransı keçirəcək, açıq məşq təşkil olunacaqdı. Eyni addımı atması üçün "Neftçi" "İnter"ə də müraciət etmişdi.

Ancaq "flaqman"ın bu peşəkar jestinə "bankirlər"in cavabı mənfi olub.

Bu barədə Korner.az-a açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

“Biz mətbuat konfransı ilə bağlı “İnter”ə təklif etdik, ancaq razılaşmadılar. Yaxşı olardı ki, hər iki komanda açıq məşq və mətbuat konfransı keçirtsin. Bu, Avropada da belədi. Vacib oyunöncəsi marağı nəzərə alıb, bu addımı atdıq. Təəssüf ki, qarşı tərəfdən müsbət cavab gəlmədi”, – deyə G.Abbaszadə bildirib.

Müraciətə niyə müsbət cavab vermədiklərini öyrənmək üçün "İnter"in rəsmisi Səbuhi Səfiyarlı ilə danışmaq istədik. İstədik, amma deyəsən, o istəmədi – zəngimiz cavabsız qaldı. Hər halda, yenə zəng edəcəyik.

P.S. Prezidentindən tutmuş, baş məşqçisinə, hətta aşbazınadək avropalı olmaqla deyil ki. Gərək adamın başı avropalı olsun…

Son yazılar

To Top