“Neftçi” darmadağınla növbəti mərhələdə- YENİLƏNİB
29.07.2022 , 00:43
“Neftçi” bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” Kipr “Aris”ini qəbul edib. İlk oyunda rəqibinə 0:2 hesabıyla uduzan “ağ-qaralar” cavab görüşündə 3:0 hesablı qələbə qazanaraq, mərhələ adlayan tərəf olub.
“Neftçi” növbəti mərhələdə “Rapid” (Avstriya)/”Lexiya” cütünün qazananı ilə qarşılaşacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) – 3:0
Qol: Qodsvey Donyo, 37, Eddi İsrafilov, 57, Kenni Sayef, 63
Qırmızı vərəqə: Broun, 82 (“Aris”)
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)
Bakı, “Bakcell Arena”
İlk oyun – 0:2