Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Neftçala” klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub.
Korner.az-ın məlumatına görə, dünən “Qaradağ Lökbatan”a qarşı Neftçalada keçirilən oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub.
Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu Sabir Allahquliyevə (“Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.
