Topaz Premyer Liqasının XXI turu AZAL-ın milliləşən nigeriyalı futbolçusu Usim Nduka üçün əlamətdar olub.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, klub yaranandan komandanın şərəfini qoruyan afrikalı Premyer Liqada 200-cü matçına çıxıb.
AZAL-ın tarixində ən çox oyun keçirən futbolçu Azərbaycanda çıxış etmiş legionerlər arasında 2-ci göstəriciyə malikdir. Nduka yalnız milliləşən ukraynalı Aleksandr Çertoqanovla müqayisədə az oyun keçirib. Hazırda “Qəbələ”nin şərəfini qoruyan Çertoqanov çıxış etdiyi klubların heyətində ümumilikdə 203 çempionat matçına çıxıb.
Lakin Usim ondan fərqli bütün oyunlarını 1 komandada keçirib. Azərbaycan çempionatları tarixində 1 klubun heyətində 200 və daha çox oyun keçirmək isə Ndukaya qədər cəmi 10 futbolçuya nəsib olmuşdu. Bu siyahıya ilk legioner kimi daxil olan nigeriyalı ümumilikdə 11-ci olub.