Ndlovudan 15 oyuna 12-ci qol
20.08.2018 , 16:45

Qış fasiləsində “Qarabağ”dan Çinin “Xançjou Qrintaun” klubuna keçən Dino Ndlovu yerli çempionatda növbəti qolunu vurub
Cənubi afrikalı hücumçu birinci divizionun 20-ci turunda ”Helonqjanq Lava” ilə səfər oyununda fərqlənib. 78-ci dəqiqədə hesabı bərabərləşidrən forvard bununla da bu mövsüm meydana çıxdığı 15-ci oyununda qollarının sayını 12-ə yüksəldib. Qarşılaşma isə Dinonun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ndlovunun çıxış etdiyi “Xançjou Qrintaun” klubu 20 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb.
