İlk xalı “Mançester Yunayted” verdi
20.08.2018 , 18:15

İngiltərə Premyer Liqasının II turu çərçivəsində “Mançester Yunayted” və “Brayton” komandaları qarşılaşıb
“Falmer — Ze Ameks” stadionunda keçirilən görüş 3:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
“Brayton” bu qələbə sayəsində mövsümdə ilk xallarını qazanıb və hazırda 3 xalla 11-ci mövqedə qərarlaşıb, “Mançester Yunayted” eyni xalla 10-cu yerdədir.
İngiltərə Premyer Liqası, II tur
“Brayton end Houv Albion” – “Mançester Yunayted” – 3:2
Qollar: 1:0 – Mürrey – 25, 2:0 – Daffi – 27, 2:1 – Lukaku – 34, 3:1 – Qross – 44 (pen), 3:2 – Poqba – 90+5 (pen)
