"Alaniya", PSJ ÇSKA-nın sabiq üzvü İqor Yanovskiy 1996-cı ildə Hazırda "Neftçi"nin baş məşqçisi olan Nazim Süleymanovla bir gə oynadığı "qızıl matç"dan danışıb.
Korner.az-ın məlumatına görə, o bu fikirləri səsləndirib:
"O oyundan sonra nə oldu? Xatırlamıram açığı. Həmin ərəfədə zədəm də var idi. Meydana iynəylə çıxırdım. Mövsümün tezliklə bitməsini azrulayırdım. Qazzayev bərk əsəbiləşmişdi. O, Nazim Süleymanovu danlamışdı. Yəqin ki, niyə danlandığı hamının yadındadı".
Qeyd edək ki, "Alaniya" həmin matçda "Spartak"la qarşılaşırdı. Və Süleymanov yüz faizlik qol imknanından yararlana bilməmişdi. Nəticədə "Spartak" 2:1 hesabı ilə qalib gəlmişdi.
