Premyer Liqanın cari turunda "Neftçi" səfərdə "İnter"in qonağı olub və 3:1 hesabı ilə məğlub olub.
Korner.az-ın məlumatına görə "ağ qaralar"ın baş məşqçisi Nazim Süleymanov matçdan sonra bu fikirləri səsləndirib:
"Bəzi futbolçuların səhvi ucbatından uduzduq. Burda mənim də səhvim var. Əgər futbolçuya deyirsənsə ki, rəqib filan cür oynayır, lakin o bunu diqqətə almırsa nə etməli? Deməli o oyunçu deyil. Xırda səhvlər məğlubiyyətə gətirib çıxardı. Hakimliyə gələndə isə qayda pozuntusu varsa, sarı varsa birtərəfli olmasın".